Beka Odişaria - Danimarka Krallığının və onun Gürcüstandakı diplomatik nümayəndəliyinin demokratiya festivalını deyil, "demokratik" "Halloween"i maliyyələşdirməsi məyusedicidir
Danimarka Krallığının və onun Gürcüstandakı diplomatik nümayəndəliyinin, və ya başqa təsisatların demokratiya festivalını deyil, “demokratik” “Halloween”i maliyyələşdirməsi məyusedicidir. Orada nümayiş etdirilən bannerlər və mövcud ətraf mənə bunu deməyə haqq verir. Görün dırnaqarası festival necə dəstəklənmişdisə, marginallar dayanmışdılar və bir-birlərinin pavilyonlarına keçirdilər – bu haqda parlamentin diaspor və Qafqaz məsələləri komitəsinin sədri Beka Odişaria deyib.
O, sözügedən tədbirin Gürcüstanın daxili siyasi proseslərinə kobud müdaxilə olduğunu və buna müvafiq reaksiya veriləcəyini bildirib.
“Əgər bəzi təsisatlar Gürcüstanın daxili siyasi proseslərinə kobud müdaxilə olan bu cür “siyasi gəzintilərin” təşkilini maliyyələşdirmək istəyirlərsə, o zaman bilməlidirlər ki, biz onları seçkilərdən sonra ədalətli və qərəzsiz hakimlər kimi tanımayacağıq və bunu etmək üçün bizim hər cür mənəvi və qanuni haqqımız da olacaq” – Beka Odişaria bildirib.