Bəhreyn hökumətinin məlumatına əsasən, İran raketi Bəhreynin neft emalı zavodunu vurub
Bəhreyn hökumətinin məlumatına əsasən, İran raketi Bəhreynin neft emalı zavodunu vurub

İran raketi Bəhreyn neft emalı zavodunu vurub.

“CNN”nin məlumatına görə, bu barədə Bəhreyn hökuməti məlumat yayır.

“İranın raket zərbəsindən sonra BAPCO Energies neft emalı zavodunun obyektlərindən birində yanğın baş verib. Yanğın tam söndürülüb, xəsarət alan yoxdur və neft emalı zavodu fəaliyyətini davam etdirir. Hazırda zərərin qiymətləndirilməsi davam edir”, – deyə Bəhreyn hökumətinin bəyanatında deyilib.