BBC - Yunanistanda yanğın nəticəsində həlak olanların əksəriyyəti uşaqlardır
Yunanistanda yanğın nəticəsində həlak olanların əksəriyyəti uşaqlardır, – bu barədə məlumatı BBC yayır.
Həlak olanların sayı 50-dən artıqdır, 170-dən çox vətəndaş isə, xəsarət alıb.
Xilas etmə xidmətlərinə minlərlə yardım üçün müraciətlər daxil olur.
Yanğın zamanı itgin düşənlərin sayı məlum deyil. İtənlər arasında 10 turist də var.
Yunanistan iqtidarı fövqəladə vəziyyət elan etdi və beynəlxalq ictimaiyyətdən yardım istədi.
Yunanistana yardım etməyə hazır olduğunu bildirən ölkələr arasında İtaliya, Almaniya, Polşa və Fransa var.
Yanğın söndürən briqadaları və maşınları Yunanistana İspaniya və Kipr da göndərdi.
Yanğın Afina şəhərinin yaxınlığındaki meşədə dünən baş verdi.
Bugün isə, xilasedicilər kəndlərin birində 26 nəfərin cəsədini tapdılar.
Görənlərin dediyinə görə, onları dənizdən 15 metrlik məsafədə tapıblar. Onlar yanğından xilas olmaq istəyərkən, suya doğru qaçırlarmış.