BBC-nin məlumatına görə, Sergey Skripal özünə gəldi
BBC-nin məlumatına görə, Sergey Skripal özünə gəldi

Rusiya kəşfyyat xidmətinin sabiq əməkdaşı və ikiqat agenti Sergey Skripal özünə gəldi.

Bu barədə məlumatı Solsberi xəstəxanasının həkimlərinə istinad edərək, BBC yayır.

Martın dördündə Sergey Skripal qızı Yuliya ilə bərabər evində zəhərlənmiş halda tapılmışdı.

İstintaq nəticəsində məlum oldu ki, onlar “Sinir qazı” ilə zəhərlənmişdilər və cinayətin ucu Rusiya iqtidarına doğru gedir.

Bu hadisəyə görə, Böyük Britaniya iqtidarı Rusiya diplomatlarını ölkədən qoyladı və daha sonra Britaniyanın bu addımını yenə bir neçə ölkə təkrarladı.

Sergey Skripal 20 ildən artıq Rusiyanın Müdafiyə Nazirliyində çalışırdı, ondan sonra isə, Rusiyanın baş kəşfiyyat sisteminə keçdi, hardaki, onun əsas vəzifəsi xüsusi xidmətlər üçün kadr seçmək idi.