„BBC“nin məlumatına görə, Tehranın Mehrabad hava limanında partlayışlar baş verib, İran dövlət mediası isə hava limanının hissələrinin bombalandığını xəbər verir
Tehranın Mehrabad hava limanında partlayışlar baş verib,– bu barədə „BBC“ şahidlərə istinadən məlumat yayır.
İran dövlət mediası xəbər verir ki, hava limanının bəzi hissələri bombalanıb.
Bundan əvvəl İsrail ordusu ölkədə genişmiqyaslı hücumların “yeni dalğası”na başladığını bildirib.
İsrail həmçinin 4 martda Mehrabad hava limanına zərbələr endirərək İsrail hava qüvvələri üçün təhlükə yaradan müdafiə sistemlərini məhv etdiyini bildirib.
Şahidlərin bildirdiklərinə görə, bugünkü bombardman əvvəlkindən daha şiddətli olub.