"BBC" - Ukraynada müharibə başlayandan sonra Avropada qazın qiyməti rekord minimum həddə düşüb
"BBC" - Ukraynada müharibə başlayandan sonra Avropada qazın qiyməti rekord minimum həddə düşüb

 

Ukraynada müharibə başlayandan sonra Avropada qazın qiyməti rekord minimum həddə düşüb. Məlumatı “BBC” yayır.

Medianın yazdığı kimi, yanvarın 2-nə olan göstəricilərlə qiymət 1 meqavat-saat üçün 72,75 avro təşkil edib ki, bu da avqustun qiymətindən demək olar ki, beş dəfə aşağıdır.

Qeyd etmək lazımdır ki, qazın qiymətinin ucuzlaşması dekabr ayında da davamlı olaraq davam edib. “BBC” Avropada bunun, təbii qazın qənaətli istehlakına səbəb olan bir qədər isti qışla izah edildiyinə dair məlumat yayır.