BBC tərəfindən verilən məlumatda, II Yelizavetanın səhhətinin pisləşməsi ilə əlaqədar kraliyyət ailəsinin üzvlərinin Balmoral qəsrinə toplaşmağa başladıqları deyilir
BBC tərəfindən verilən məlumatda, II Yelizavetanın səhhətinin pisləşməsi ilə əlaqədar kraliyyət ailəsinin üzvlərinin Balmoral qəsrinə toplaşmağa başladıqları deyilir.
BBC tərəfindən verilən məlumatda bildirilir ki, Böyük Britaniya kraliçasının bütün övladları ya Şotlandiyada, Balmoral qəsrindədir, ya da Balmoral yolundadır.
Şahzadə Çarlz və həyat yoldaşı Kamilla artıq Balmoral qəsrindədir.
Birləşmiş Krallığın monarxının dörd övladı, səkkiz nəvəsi və 12 nəticəsi var.
Həmçinin, Şahzadə Harri və həyat yoldaşı Meqan saraya gedəcəklər, Uilyam isə artıq Balmoraldadır. Uilyam və Keytin uşaqları bu gün ilk dəfə məktəbə getdiyi üçün Uilyamın həyat yoldaşı Keyt Vindzorda qalır.
Xatırladaq ki, kraliça II Yelizavetanın səhhətinin vəziyyəti ilə bağlı rəsmi məlumat bu gün dərc edilib. Açıqlamada həkimlərin onun səhhətindən narahat olduqları və həkim nəzarətində olmasını tövsiyə etdikləri bildirilib.