"BBC" - Suriya hərbçiləri Suveyddən geri çəkilməyə başladılar
"BBC" - Suriya hərbçiləri Suveyddən geri çəkilməyə başladılar

Suriya hərbçiləri Suveyddən çəkilməyə başlayıb. Bu barədə BBC yerli mediaya istinadən yazır.

Medianın məlumatına görə, hərbçilər Suriya hökuməti ilə Suveydinin dini liderləri arasında razılaşma çərçivəsində şəhəri tərk edirlər.

Qeyd edək ki, bir az əvvəl ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə tərəflərlə Suriyada vəziyyətin deeskalasiyasına gətirib çıxaracaq konkret vəziyyətlə bağlı razılığa gəldiklərini yazıb.

Bundan əvvəl, iyulun 15-də Suriya hökumət qüvvələri Suveydaya daxil olub. Onlar yerli druzlarla və sünni bədəvilər arasında qarşıdurmanı aradan qaldırmaq məqsədi daşıdıqlarını bildiriblər. İyulun 13-də druzlarla sünni bədəvilər arasında toqquşmalar başlayıb.