“BBC” – Şimali Koreya Yapon dənizi istiqamətində üç ballistik raket atıb
Şimali Koreya Yapon dənizi istiqamətində üç ballistik raket atıb. Bu barədə “BBC” Koreya hərbi komandanlığına istinadən məlumat yayır.
Cənubi Koreya və Yaponiyanın Müdafiə Nazirlikləri raketlərin 350 kilometr məsafəni uçduqdan sonra dənizə düşməsi barədə məlumat yayır.
Şimali Koreya tərəfindən dekabrın 31-də raket buraxılışı Cənubi Koreyanın hərbi rəhbərliyi tərəfindən Koreya yarımadasında sülh və sabitliyə xələl gətirən ciddi təxribat kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, Pxenyan digər illərlə müqayisədə ən çox raketi 2022-ci ildə buraxıb.