“BBC” – Rusiya Finlandiya sərhədi yaxınlığında, zavodun ərazisində hər gün 10 milyon dollarlıq neft yandırır

18:19, 26.08.2022

 

Rusiya Finlandiya sərhədi yaxınlığında, zavodun ərazisində hər gün 10 milyon dollarlıq neft yandırır-bu barədə “BBC” məlumat yayır.

Mətbuat tərəfindən yayılan məlumatda bildirilir ki, ekspertlər söhbətin əvvəllər Almaniyaya ixrac edilən qazdan getdiyini söyləyirlər.

Bununla yanaşı, Almaniyanın Britaniyadakı səfiri Miqel Berqer, Rusiyanın qazı heç yerə sata bilmədiyi üçün yandırdığını qeyd edir.

“Onlar qazı başqa yerdə sata bilmirlər, bu səbəbdən onu yandırmağa məcburdurlar” -deyə Berqer “BBC”yə müsahibəsində bildirib.

Səfir, Avropanın Rusiyadan enerji asılılığını azaltmaq səylərinin Rusiya iqtisadiyyatına güclü təsir göstərdiyini bildirib.

“BBC” tərəfindən yayılan məlumatda, alimlərin Arktika buzlarının ərimə tempini gücləndirə biləcək karbon qazı və onun yaratdığı hisdən narahat olduğu deyilir. Bununla yanaşı, media tərəfindən yayılan məlumatda, informasiyanın ilk əvvəl Finlandiya əhalisi tərəfindən yayıldığı bildirilir. Sərhəd yaxınlığında yerləşən qəsəbənin sakinləri güclü yanğın müşahidə etdiklərini bildiriblər.

“BBC”, Rusiyanın hər gün təxminən 4,34 milyon kubmetr qaz yandırdığını yazır.

“Qazprom”da hələlik bu mövzu ilə bağlı rəsmi şərh verilməyib.

Oxşar