“BBC” rus mətbuatına istinadən yazır ki, ilkin göstəricilərə əsasən Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumda” əksəriyyət Rusiyaya birləşməyə səs verib

19:07, 27.09.2022

 

Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumda” əksəriyyət Rusiyaya birləşməyə səs verib. “BBC” rus mətbuatına istinadən məlumat yayır.

Onlar hazırda səslərin təxminən beşdə birinin hesablandığını bildirirlər.

Yayılan məlumatlarda, Xerson vilayətində 97 faizin, Zaporojie vilayətində 98 faizin və qondarma Donetsk Xalq Respublikasında 98%-in və Luqansk Xalq Respublikasında da 98%-in Rusiyaya birləşməyə səs verdiyi deyilir.

Ukrayna və Qərb dövlətləri qondarma “referendumları” saxta adlanır və onlar nəticələrin əvvəlcədən müəyyən edildiyini bildirirlər.

Oxşar