"BBC" - Pakistanın idarə etdiyi Kəşmirdə Hindistan tərəfindən həyata keçirilən partlayış zamanı beş nəfər həlak olub
Hindistanın Pakistanın nəzarətində olan Kəşmirdə həyata keçirdiyi bombardman nəticəsində beş nəfər həlak olub. Bu barədə “BBC” məlumat yayır.
Yerli media yazır ki, mülki əhalinin bombalanması nəticəsində daha yeddi nəfər bədən xəsarəti alıb.
Yayılan məlumata əsasən, bir neçə bölgədə bombardman yerli vaxtla saat 04:00-a qədər davam edib.
Bundan əvvəl Pakistan hərbi qarşıdurma nəticəsində 31 nəfərin həlak olduğu barədə məlumat yayırdı. Pakistan ordusunda hərbi əməliyyatlar başlayandan bəri Hindistan ordusunun 77 PUA-nı vurduğunu bildirirlər.
Yerli medianın məlumatına görə, Pakistan ordusu Nəzarət Xəttində üç əsas postu məhv edib.
Paralel olaraq, Hindistan mediası yazır ki, Pakistan hərbçilərinin dəstəklədiyi yeddi terrorçu Cammu şəhərinə gizlicə daxil olmaq istəyərkən öldürülüb. Hindistanın nəzarətində olan Kəşmir əyalətinin Cammu şəhərində partlayış səslərinin eşidildiyi barədə məlumat yayılırdı.