"BBC" - Kiyevdə toplaşan Avropa liderləri Donald Trampla telefon danışığı keçirib və mayın 12-dən etibarən atəşkəs planlarını müzakirə ediblər
Kiyevdə toplaşan Avropa liderləri Donald Trampla telefon danışığı keçirib və mayın 12-dən etibarən 30 günlük atəşkəs planlarını müzakirə ediblər.
Bu barədə “BBC” xəbər verir.
Medianın yazdığı kimi, “İstəklilər koalisiyası”nın virtual görüşündən sonra Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Polşanın baş naziri Donald Tusk Donald Trampa onların ABŞ-ın təklifini dəstəklədikləri barədə məlumat veriblər.