BBC - İtaliyada peyvənd edilməyən uşaqlar məktəbə gedə bilməyəcəklər
BBC - İtaliyada peyvənd edilməyən uşaqlar məktəbə gedə bilməyəcəklər

İtaliyada peyvənd edilməyən uşaqlar məktəbə gedə bilməyəcəklər.

BBC teleşirkətinin məlumatına görə, uşaqların valideynləri təsdiq etəlidirlər ki, onların uşaqlarına vaksinasiya edilib, əks halda, uşaqlar məktəbə buraxılmayacaqlar.

Əgər valideyn vaksinasiya edilməyən uşağı məktəbə göndərsə, 500 avro ilə cərimələnəcək.

Məktəblərə və baxçalara icazə verilir ki, altı yaşına qədər peyvənd edilməyən uşaqları məktəbdən çıxardsınlar.

Belə bir qanun İtaliyanın Dünya Səhiyyə Təşkilatının rekomendasiyalarını yerinə yetirməməsindən və İtaliyada vaksinasiya edilənlərin sayınının 80%-dən az olmasından sonra qəbul edidi.

İtaliyada məcburi vaksinasialarla bağlı debatlar bir aydan artıqdır ki intensiv şəkildə davam edir.

Keçən il leikemiyadan müalicə görən bir uşaq məktəbə gedə bilmədi, çünki sinifdəki uşaqların əksəriyyətinə peyvənd edilməmişdi.