“BBC” – İranın xəbərdarlığına baxmayaraq, İsrail Livanın Tir şəhərinə hücum edib
İranın xəbərdarlıqlarına baxmayaraq, İsrail Livanın Tir şəhərinə hücum edib. Bu barədə “BBC” yazır.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində ən azı səkkiz nəfər həlak olub, 32 nəfər isə yaralanıb.
Xilasetmə əməliyyatları davam edir və həlak olanların sayı arta bilər.
İran İsrailə xəbərdarlıq edib ki, Livanda hücumların davam etdiriləcəyi təqdirdə yeni zərbələr endirə bilər.
Buna baxmayaraq, İsrail hakimiyyəti “Hizbullah”a qarşı hərbi əməliyyatlarını davam etdirəcəyini bildirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə davam edən münaqişə artıq 3666 nəfərin həyatına son qoyub, “BMT-nin qiymətləndirməsinə görə isə, demək olar ki, bir milyon insan məcburi köçkün olaraq qalır, 1.4 milyon insanın isə humanitar yardıma ehtiyacı var.