"BBC" - İranın "Buşehr" nüvə elektrik stansiyası yaxınlığında baş verən hücum nəticəsində bir nəfər həlak olub
İranın Atom Enerjisi Agentliyinin məlumatına görə, İrandakı “Buşehr” nüvə elektrik stansiyası yaxınlığında baş verən hücum nəticəsində bir nəfər həlak olub. Medianın məlumatına görə, müharibə başlayandan bəri “Buşehr” yaxınlığında dördüncü dəfə zərbə endirilib.
Tehranda bildirirlər ki, stansiyanın mühafizəçisi həlak olub. Onların məlumatına görə, hücum nəticəsində obyektə zərər dəyməyib. Bununla yanaşı, bəyanatda stansiya yaxınlığında endirilən zərbələrin ciddi radioaktiv təhlükə yaratdığı bildirilir.
ABŞ və İsrail stansiya yaxınlığında həyata keçirilən zərbəni təsdiqləməyiblər.
Beynəlxalq Atom Enerjisi Agentliyi yayılan məlumatla bağlı dərin narahatlığını bildirib. Onların bildirdiyinə görə, radioaktiv fonda heç bir artım qeydə alınmayıb.
Rəsmi bəyanatda həmçinin deyilib ki, nüvə elektrik stansiyaları və onların ətraf əraziləri heç vaxt hücumların hədəfi olmamalıdır. Agentlik tərəfləri hər hansı bir hadisənin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır.
“Buşehr” İranın fəaliyyətdə olan yeganə nüvə elektrik stansiyasıdır.