“BBC” – ilkin göstəricilərə əsasən Corcia ştatında Senat seçkilərinin ikinci turu nəticəsində hazırkı demokrat senator Rapael Uornok qalib gəlir
İlkin göstəricilərə əsasən Corcia ştatında Senat seçkilərinin ikinci turu nəticəsində hazırkı demokrat senator Rapael Uornok qalib gəlir. Müvafiq məlumatları “BBC” Edison Research-ə istinadən yayır.
Uornok ikinci turda respublikaçı namizəd Herşel Uokerə qalib gəlib. Beləliklə, 100 yerlik Senatda demokratların 51, respublikaçıların isə 49 səsi olacaq.
İlkin nəticələr elan edildikdən sonra hər iki namizəd artıq çıxış edərək tərəfdarlarına təşəkkür edib. Demokrat Rapael Uornok mürəkkəb kampaniyadan sonra demokratiyanın ən güclü sözlərini – “xalq öz sözünü dedi” deməkdən şərəf duyduğunu bildirib.
Məğlub olmuş respublikaçı Harşel Uolker bir çox idman uğurlarına baxmayaraq, “Senatda namizəd olmaq həyatımda etdiyim ən yaxşı şeydir” deyə açıqlayıb. Bununla belə, Uolker Corcia uğrunda mübarizəni heç vaxt dayandırmayacağını bildirib.