“BBC” -ilhaq edilmiş Xersonda rus işğalının ən məşhur tərəfdarlarından biri olan de-fakto administrasiya rəhbərinin müavini həlak olub

19:22, 09.11.2022

 

“BBC”nin məlumatında ilhaq edilmiş Xersonda de-fakto administrasiya rəhbərinin müavini Kirill Stremousovun həlak olduğu deyilir.

Media tərəfindən verilən məlumatda onun yol qəzasında həlak olması barədə variant yayıldığı deyilir.

Bununla yanaşı, “BBC”-nin yazdığı üzrə, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Stremousov Xerson meri postunu tutmağa çalışan fəal kimi tanınıb. Onu həm də koronavirus peyvəndinin əleyhdarı kimi tanıyıblar. O, rus işğalının ən məşhur tərəfdarlarından biri olub və sosial şəbəkələrdə aqressiv açıqlamaları ilə tanınıb.

2019-cu ildə o, Xersonda qəzetlərdən birinin redaksiyasına gözyaşardıcı qaz və travmatik silahla hücumda şübhəli də bilinib. Xersonun işğalından sonra Vladimir Saldo inzibati rəhbər təyin olunub, Kirill Stremousov isə müavin olub.

Oxşar