“BBC” – “Gazprom” Ukrayna ərazisindən təbii qaz tranzitini azaltmaqla hədələyir

21:21, 22.11.2022

 

Rus şirkəti “Gazprom” təbii qazın Ukrayna ərazisindən tranzitini azaltmaqla hədələyir.

Məlumatı “BBC” yayır.

Mətbuatın yazdığı üzrə, rus şirkəti Ukraynanı tranzit üçün nəzərdə tutulmuş qazın yoxa çıxmasında ittiham edib və noyabrın 28-dən etibarən Ukrayna ərazisindən keçən qaz kəməri ilə təbii qazın nəqlini azaldacağını bəyan edib.

“Şimal axını” qaz kəmərində baş verən partlayışdan sonra Avropa təbii qazın əsas hissəsini Rusiyadan Ukrayna vasitəsilə alır. Eyni qaz kəməri ilə Moldovaya da təbii qaz verilir. Rusiyada rus qazının bir hissəsinin Ukraynada qaldığını və Moldovaya çatmadığını bildirirlər.

Ukraynada Rusiyanın ittihamına hələlik münasibət bildirməyiblər.

Oxşar