„BBC“ - Bu gün səhər saatlarında Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron düşüb
„BBC“ - Bu gün səhər saatlarında Dubay Beynəlxalq Hava Limanı yaxınlığında dron düşüb

Bu gün, səhər saatlarında Dubay Beynəlxalq Hava Limanı yaxınlığında pilotsuz uçuş aparatı düşüb. Bu barədə „BBC“ məlumat yayır və video yayımlayır.

Videoda Hava Limanı terminalı binasının yaxınlığında baş vermiş partlayış görünür. Partlayış zamanı binanın yaxınlığında yerləşən uçuş zolağında ən azı dörd təyyarə olub.

„BBC“nin yazdığına görə, Dubay Beynəlxalq Hava Limanındakı bütün əməliyyatlar bu səhər izahat verilmədən müvəqqəti olaraq dayandırılıb. Uçuşlar sonradan qismən bərpa edilib. Daha sonra Dubay hakimiyyəti “kiçik bir hadisə”nin baş verdiyini təsdiqləyib, lakin heç kəs xəsarət almayıb.