Bavariyanın Troyxtlinqen şəhərində relslərin üzərində tapılan şübhəli əşya səbəbindən qatarların hərəkəti dayandırılıb

21:49, 13.08.2026

Bavariyada, Troyxtlinqen şəhərində relslərin üzərində tapılan şübhəli əşya səbəbindən qatarların hərəkəti dayandırılıb.

Yerli medianın yazdığına görə, polis Troyxtlingendə ehtimal olunan partlayıcı qurğu ilə bağlı işi araşdırır.

Polis nümayəndəsinin məlumatına görə, şübhəli əşya dəmir yolu vağzalının girişində, relslərin üzərində aşkar edilib.

Hazırda Federal Polisin xüsusi qrupu əşyanın real təhlükə törədib-törətmədiyini müəyyən etmək üçün onu tədqiq edir.

Nürnberq və İnqolştadt arasında yerləşən Troyxtlinqendə təxminən 13 000 insan yaşayır.

Oxşar