Batumidə sahibsiz itlər üçün sığınacaq binasının tikintisinə başlanılıb
Batumidə sahibsiz itlər üçün sığınacaq binasının tikintisinə başlanılıb

Batumidə, Çakvi qəsəbəsinin ərazisində sahibsiz itlər üçün sığınacaq kompleksinin tikintisinə başlanılıb.

Layihə 26.696 kvadratmetr ərazidə sahibsiz itlər üçün iki eyni sığınacaq blokunun tikintisini nəzərdə tutur. Bloklarda 180 müstəqil volyer yerləşdiriləcək, hansı ki, su təchizatı və drenaj sistemləri ilə təmin olunacaq. Tikintinin mərkəzi hissəsində itlərin gəzməsi üçün daxili həyət təşkil olunacaq.

Sahibsiz itlər üçün sığınacaq kompleksi səkkiz köməkçi binadan ibarətdir. Müxtəlif təyinatlı blokların, o cümlədən baytarlıq, inzibati, karantin, mətbəx, “grooming” və itlər üçün otel bloklarının təşkili nəzərdə tutulub. Ərazidə həmçinin itlər üçün məşq meydançası da təşkil olunacaq.

Kompleksin tikintisi, müqaviləyə uyğun olaraq, 10 dekabr 2026-cı ilə qədər başa çatmalıdır.

Layihənin dəyəri təxminən doqquz milyon laridir.

Acara Muxtar Respublikası Hökumətinin mətbuat xidməti məlumat yayır.