Batumidə kikboksinq və MMA üzrə “Grand Bellagio Championship-2” beynəlxalq turniri keçirilib. İkinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları üzrə təşkil olundu.
Çempionatda Gürcüstan, Azərbaycan, Ermənistan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan, Türkiyədən idmançıları iştirak edirdilər.
MMA qaydalarına əsasən, 120 kq çəki dərəcəsində mübarizə aparan gürcü idmançı Timur Qordinski-Daduan iranlı rəqibi Hossein Fatizahe-ni nokautla məğlub etdi.
60 kq gədər çəki dərəcəsində kikboksinqdə Leri Qoqoxia erməni rəqibi Armen Petrosyanı məğlub etdi. 69 kiloqramda Amiran Naçğebia qalib oldu. O, türk Alperen Avcıyı məğlub etdi. Türk idmançısı Əhməd Kılıç 83 kiloqramda gürcü idmançı Zuka İvaniadzeyə məğlub oldu.
Gecənin əsas döyüşü kikboksinq üzrə yeddiqat dünya və üçqat Avropa çempionu olan Əli Nəbiyevlə Uqanda idmançısı, qitə və üçqat dünya çempionu olan Umar Semata arasında keçirildi. Alim Nəbiyev 64 görüşdən 56-cı qələbə qazandı