Batumidə qırmızı sirkulyarla axtarışda olan şəxs saxlanılıb

11:22, 17.01.2026

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin Acara Baş Şöbəsinin və Miqrasiya Departamentinin əməkdaşları qırmızı sirkulyarla axtarışda olan 1988-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı A.Ç.-nı saxlayıblar. Daxili İşlər Nazirliyi məlumat yayır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs Türkiyə Respublikasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən hədələmə, təhqir və kiçik miqdarda döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə axtarışda olub.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları A.Ç.-nı Batumidə keçirilimiş istintaq tədbirləri nəticəsində saxlayıblar.

Saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir”, – məlumatda qeyd olunur.

Oxşar