Batumidə İliya Çavçavadze adına Dram Teatrında “gecə serenadaları” klassik musiqi festivalı açıldı. Festival bu il 11-ci dəfə keçirilir.
Festivalın açılış axşamında dinləyici qarşısında gənc gürcü ifaçıları Sandro Nebieridze və David Şamanuri təqdim olundular.
Batumidə festivalın daha bir neçə konserti olacaq, sonra isə, Tbilisidə davam etdiriləcək.
“Gecə serenadaları” festivalı 1982-ci ildə, tanınmış gürcü violionoçusu, Liana İsakadzenin təşəbbüsü ilə, Abxaziyada təsis olundu. 1991-ci ildə festival dayandırıldı. Onun bərpası 18 ildən sonra, Batumidə mümkün oldu.