Batumidə, dörd yeniyetməni dilənməyə məcbur edən ana və xalanı yaxaladılar
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları, keçirilmiş operativ-istintaq tədbirləri nəticəsində, həddi büluğa çatmayanlarla alver fakti üzrə, hakimin hökmü əsasında, 1997-ci il təvəllüdlü A.P.-nı və 1984-cü il təvəllüdlü K.P.-nı yaxaladılar.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, istintaq ilə müəyyən olunur ki, yaxalananlar, son bir il ərzində uşaqlarını və bacısı uşaqlarını, 6 yaşından 12 yaşınadək dörd həddi büluğa çatmayanı, təziq və fiziki zoraklıq yolu ilə, sistematik müşahidə altında, vətəndaşlardan pul dilənməyə məcbur edirdilər, onlar tərəfindən toplanan pulu isə, tamamilə mənimsəyirdilər.
Cinayət 14 ildən 17 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.