Batumi sahilinə dəniz ölü delfin çıxartdı.
Bu haqda məlumatı Ətraf Mühitin Milli Agentliyinin balıqçılıq monitorinqin departamentinin rəhbəri Arçil Quçmanidze yayır.
Bu yanvar ayında sahilə ölü atılan ikinci delfindir. Bir neçə gün bundan əvvəl Batumi sahilində yenə bir ölü delfin tapılmışdı.
Ətraf Mühitin Milli Agentliyinin balıqçılıq monitorinqi departamentində delfinlərdə hansısa virus xəstəliyinin olmasını ehtimal edirlər.
“Biz düşünürük ki, bu konkret hadisə güclü ştorm ilə bağlıdır” – deyir Arçil Quçmanidze.