Batumi klinikalarının birində bir neçə min ampula narkotik maddə itib
Acaranın İctimai Yayımçısının məlumatına görə, Batumidə, “Med-emercensi” şirkətinin idarəsi altında olan dəniz hospitalının stasiyonarından bir neçə min ampula narkotik maddə itib.
Acaranın İctimai Yayımçısının məlumatına görə, istintaq başlayandan sonra, xəstəxananın iki əməkdaşı iş yerinə gəlməyib, xəstəxananın anbarından isə, 6000 ampula narkotik maddə itib.
Cərrahiyə Departamentini rəhbəri və klinikanın meneceri bəyan etdilər ki, xəstəxanadan narkotik maddələrinin itməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi istintaq aparır.