Batumi Hava Limanında dəyəri 133 min laridən çox olan bəyan edilməmiş qızıl və gümüşün keçirilməsi faktının qarşısı alınıb
Batumi Hava Limanında dəyəri 133 min laridən çox olan bəyan edilməmiş qızıl və gümüşün keçirilməsi faktının qarşısı alınıb

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Şöbəsinin Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş tədbir nəticəsində, gömrük buraxılış məntəqəsi- Batumi Hava Limanında külli miqdarda bəyan edilməmiş qızıl və gümüşün qanunsuz keçirilməsi ilə əlaqədar iki faktın qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları xarici ölkə vətəndaşlarına məxsus əl yüklərini aviasiya təhlükəsizliyinə nəzarət/yoxlamadan keçirən zaman sərnişin çantasında qızıl və gümüş külçələr aşkar ediblər.

Qeyd olunan şəxsləri müəyyən etdikdən sonra qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Aviasiya Təhlükəsizliyinin nümayəndələri qanun pozuntusu haqda dərhal Gömrük İdarəsinin müvafiq struktur bölməsinə məlumat veriblər. Bunun nəticəsində də, gömrük nəzarəti prosedurları çərçivəsində səlahiyyətli gömrük zabitləri tərəfindən ümumi dəyəri 133 125,24 lari olan qızıl və gümüş külçələr, eləcə də ərinti formasında hazırlanmış qızıl lövhələr (qızılın ümumi çəkisi 560,78 qram, gümüş isə 6230 qram) aşkarlanıb. İşin materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə ötürülüb.

Qeyd edilməlidir ki, xarici ölkə vətəndaşları yaşıl dəhliz vasitəsilə gömrük buraxılış məntəqəsi- Batumi Hava Limanının gömrük nəzarəti zonasını elə tərk ediblər ki, heç səlahiyyətli gömrük zabitinə müraciət etməyiblər və məcburi bəyanı etməyiblər.

Gəlirlər Xidməti bir daha sizə xatırladır ki, bəyan etmək üçün sərnişinin Gömrük İdarəsinin müvafiq əməkdaşına müraciət etməsi və müvafiq malın məcburi bəyanını etməsi kifayətdir.

Məlumatı Gəlirlər Xidmətinin mətbuat xidməti yayır.