Basketbol | 18 yaşadək komanda İsveçi məğlub etdi #1TVSPORT
Gürcüstanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası B divizionunda pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır. İlk iki oyundan sonra gürcülər qrupda məğlubiyyətsiz liderlik edirlər.
Komandamız ilk qarşılaşmada Şimali Makedoniyanı, ikincidə isə İsveçi məğlub etdi – 70:65.
Gürcüstan yığmasını qələbəyə oyun qurucusu Mate Xatiaşvili aparıb. O, matçda 22 xal, 10 ötürmə və 6 ribaundla yadda qalıb. Mate Ğavlaşvili 14 xal, Qiorqi Doxnadze 10 xal və 8 ribaund, Saba Paçulia isə 8 xalla vitse-qolçu oldu. Sabanın qardaşı Davit Paçulia da Gürcüstan millisində oynayır. Onlar komandamızın əfsanəvi kapitanı Zaza Paçulianın oğullarıdır.
18 yaşadək “Xaçlılar” növbəti oyununu avqustun 28-də Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəklər.