Baş nazir, parlamentin sədri və müdafiə naziri həlak olan pilotun ailəsinə başsağlığı verib
Baş nazir, parlamentin sədri və müdafiə naziri həlak olan pilotun ailəsinə başsağlığı verib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze planlı hərbi təlim zamanı uçuş aparatının qəzaya uğraması nəticəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.

Parlamentin sədri Şalva Papuaşvili və müdafiə naziri İrakli Çikovani baş nazirlə birlikdə Qoridə olublar.

Hadisə iyulun 2-də baş verib. “Su-25”in qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub, cənazəsi Qoridəki evinə aparılıb.

Müdafiə Nazirliyinin məlumatında, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi tərəfindən istintaq və prosessual hərəkətlərin davam etdirildiyi deyilir.