Baş nazir Özbəkistan Prezidentini Tbilisi Beynəlxalq Hava Limanından yola saldı

17:36, 03.07.2026

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Gürcüstana dövlət səfəri başa çatdı.

Gürcüstan Hökuməti Administrasiyasının məlumatına görə, Özbəkistan Prezidentini Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş naziri İrakli Kobaxidze nazirlər kabinetinin üzvləri ilə birlikdə yola saldı.

“Dövlət səfəri çərçivəsində Özbəkistan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək və geniş tərkibli görüşləri keçirildi.

İrakli Kobaxidze və Şavkat Mirziyoyev Gürcüstan və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına dair bəyannamə imzaladılar”, – məlumatda qeyd edilib.

Oxşar