Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Gürcüstan hökumətinin başçısını Dubayın Əl-Maktum Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri və Birləşmiş Ərəb Əmirlikləri Nazirlər Kabinetinin baş katibi Mariam Əl Hammadi qarşılayıb.
İrakli Kobaxidze 3-5 fevral tarixlərində Dubayda keçiriləcək Dünya Hökumətlər Sammitində iştirak edəcək.
Baş nazir Dünya Hökumətlər Sammitində, həmçinin əsas mövzusu investisiyaların gələcəyi olan dəyirmi masa iclasında çıxış edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək.
Gürcüstanın Baş naziri Dubaya nümayəndə heyəti ilə birlikdə səfər edib. Nümayəndə heyətinə Baş nazirin müavini və müdafiə naziri İrakli Çikovani, Xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və Dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Ədliyyə naziri Paata Salia, Təhsil, elm və gənclər naziri Givi Mikanadze və Hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.