Baş nazir İrakli Kobaxidze Texniki Universitetin rektoru və professor-müəllimləri ilə görüşür
Baş nazir İrakli Kobaxidze Texniki Universitetin rektoru və professor-müəllimləri ilə görüşür

Gürcüstanın Baş nazir İrakli Kobaxidze Gürcüstan Texniki Universitetin rektoru və professor-müəllimləri ilə görüşür.

Görüş hökumət administrasiyasında, qapalı rejimdə keçirilir.

Müzakirə mövzusu Təhsil islahatı çərçivəsində Tbilisi və Texniki Universitetlərin birləşdirilməsi ilə bağlı qəbul edilmiş qərardır.

Görüş başlamazdan əvvəl Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidze mediaya qısa şərh verib.

“Baş nazirin yanına gedirik və onunla dialoq aparacağıq. Akademik Şuranın qərarını, mühəndislik sahələrinin təsnifatını təqdim edəcəyik, onunla danışacağıq və sonra qərarı sizə bildirəcəyik”, – Davit Qurqenidze media nümayəndələrinə bildirib.