Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasına işgüzar səfər edib. Hökumət başçısını Şanxay Hunqtsiao Beynəlxalq Hava Limanında Şanxayın vitse-meri Si Tunq qarşılayıb.
Gürcüstanın Baş naziri, Çin Xalq Respublikasının Dövlət Şurasının sədri Li Tsianın dəvəti ilə bu il Gürcüstanın fəxri qonaq statusunda iştirak edəcəyi Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək.
Şanxaya səfəri çərçivəsində İrakli Kobaxidzenin Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri ilə görüşü planlaşdırılıb.
İrakli Kobaxidze xarici işlər naziri Maka Bocorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, maliyyə naziri Laşa Xutsişvili, infrastruktur naziri Revaz Soxadze, Milli Bankın prezidenti Natia Turnava və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə Çin Xalq Respublikasında səfərdədir.