Baş nazir Abxaziyadan cənazəsi gətirilmiş itkin düşmüş şəxslərin ailələrinə başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sameba kafedral məbədində işğal altındakı Abxaziyanın bölgəsindən cənazəsi gətirilmiş, 1990-cı illərin silahlı əməliyyatları zamanı itkin düşən şəxslərin mülki yas mərasimində iştirak edib.
Hökumət başçısı parlamentin sədri Şalva Papuaşvili, icraçı və qanunverici hakimiyyətin üzvləri ilə birlikdə həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlığı ilə 7-si hərbçi və 9-u mülki şəxs olmaqla şəxsiyyəti müəyyən edilmiş 16 şəxsin cənazəsi gətirilib.
4 döyüşçünü Diğominin qardaşlar məzarlığında, qalanlarını isə ailələrin qərarı ilə ailə məzarlıqlarında hərbi qaydada dəfn edəcəklər.