Barselonada avtobusların toqquşması nəticəsində 30 nəfər xəsarət alıb
Barselonanın mərkəzində iki avtobus bir biri ilə toqquşub. Hadisə nəticəsində 30 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti kritikdir.
Hadisə yerinə patrul polisi və xilasedici xidməti səfərbər edilmişdi.
“İki avtobus arasında baş verən qəza nəticəsində onlarla insanın tibbi yardıma ehtiyacı olub. Onlardan dördünün vəziyyəti ağırdır”, – deyə təcili tibbi yardım xidmətinin nümayəndəsi deyib.