Barnov küçəsində qətl törətməkdə ittiham olunan, Vepxiya Bakradzeyə həbs qətimkan təbiri seçildi
Barnov küçəsində qətl törətməkdə ittiham olunan, Vepxiya Bakradzeyə həbs qətimkan təbiri seçildi.
Bu barədə qərarı hakim Arsen Kalatozaşvili bir neçə dəqiqə əvvəl qəbul etdi.
Bununla yanaşı, cinayət barəsində məlumatlandırmama ittihamı ilə həbs olunan Teymuraz Bakradzeyə də həbs qətimkan təbiri seçildi.
Qətl Tbilisidə, Barnov küçəsində aprelin 13-də baş verdi. Keçmiş atalığı gənc qadına, azyaşlı uşaqları gözü önündə, boğaz nahiyyəsinə ölümcül zərbə yetirdi.
Daxili İşlər Nazirliyi gənc qadının qətlində ittiham olunan Vepxiya Bakradzeni aprelin 14-də yaxaladı.