Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib, ən azı üç nəfər həlak olub
Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib, nəticədə azı 3 nəfər həlak olub.
Zəlzələnin episentri Narsinqdi şəhərində, paytaxt Dakkadan təxminən 40 km məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Alman Yer Elmləri Tədqiqat Mərkəzinin məlumatına görə, təkanlar Banqladeşlə həmsərhəd olan qonşu Hindistanın şərq ştatlarında da hiss edilib.
Medianın məlumatına görə, Hindistanda itki baş verməyib.