Bakurianidə Avropa Gənclər Qış Olimpiya Festivalının keçirilməsinə kömək etmək üçün baş nazirin rəhbərliyi ilə hökumət komissiyası işləyəcək
“Bakuriani 2025” Avropa Gənclər Qış Olimpiya Festivalının keçirilməsinə kömək etmək üçün Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik edəcəyi hökumət komissiyası yaradılıb. Məlumatı baş nazirin mətbuat mərkəzi yayır.
Hökumətin sərəncamıyla, komissiya festivalın təşkilində iştirak edən qurum və təşkilatların əlaqələndirilməsini və festivalla əlaqədar məsələlərin operativ həllini təmin edir.
İqtisadiyyat və davamlı inkişaf naziri, birinci vitse-baş nazir Levan Davitaşvili, mədəniyyət və idman naziri, vitse-baş nazir Tea Tsulukiani, xarici işlər naziri İlia Darçiaşvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, daxili işlər naziri Vaxtanq Qomelauri, maliyyə naziri Laşa Xutsişvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani və dövlət xüsusi mühafizə xidmətinin rəhbəri Anzor Çubinidze komissiyanın tərkibindədirlər.
Tbilisinin meri Kaxa Kaladze, Acara Muxtar Respublikasının hökumətinin sədri Tornike Rijvadze, Borcomi Munisipalitetinin meri Otar Arbolişvili, Gürcüstanın Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov, 2025-ci ilin Avropa Gənclər Qış Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Mamuka Xabareli, MMC “MT Ace”in direktoru İrakli Burculadze və Bakurianinin İnkişaf Agentliyinin sədri Ekaterine Orconikidzedən komissiyanın fəaliyyətində iştirak etmələri xahiş edilib.
Komissiyanın fəaliyyətində iştirak etmək üçün zərurət yaranması halında komissiyanın sədrinin qərarı ilə digər qurum və təşkilatların nümayəndələri dəvət edilə bilərlər. Komissiyanın katibliyinin funksiyasını Gürcüstanın Hökumət Administrasiyası həyata keçirəcək.