Baadur Şenqelia Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin yeni rəhbəri vəzifəsinə təyin edilib
Baadur Şenqelia Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin yeni rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Baadur Şenqelianın Daxili İşlər Nazirliyində uzun illik iş təcrübəsi var.
“Daxili İşlər naziri Sulxan Tamazaşvili Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına yeni rəhbər – polis polkovniki Baadur Şenqelianı təqdim edib.
Sulxan Tamazaşvili Xüsusi Tapşırıqlar Departamentinin direktorunu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Görüşdə həmçinin Xüsusi Tapşırıqlar Departamentinin sabiq rəhbəri Roman Kartsivadze də iştirak edirdi”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.