Azərbaycanın Təhlükəsizlik Xidmətində İranın yaratdığı casus şəbəkəsinin ifşa edildiyini açıqlayırlar
Azərbaycanın Təhlükəsizlik Xidmətində İranın yaratdığı casus şəbəkəsinin ifşa edildiyini açıqlayırlar.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlıq edirdi.
Yayılmış məlumata əsasən, Əsgərov Zahir Fəxrəddin oğlu xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, həmçinin, Xəzər dənizində Aərbaycan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, eləcə də neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.
Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olub və orada olarkən İranın xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs Bakıda yerləşən strateji və hərbi obyektlərin foto və videoçəkilişlərini həyata keçirib.
Eyni zamanda, istintaqdan verilən məlumata əsasən, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa razılıq vermiş, İran xüsusi xidmət orqanları üçün siyasi proseslər, hərbi hissələr və hərbi komandirlər haqqında məlumat toplamağa başlamışdı.