Azərbaycan şirkəti “SOCAR” Gürcüstan vasitəsilə Avstriya və Almaniyaya qaz tədarükünə başlayıb

12:33, 16.01.2026

Azərbaycan şirkəti “SOCAR” Gürcüstan vasitəsilə Avstriya və Almaniyaya qaz tədarükünə başlayıb.

Şirkətin bəyanatında qeyd olunur ki, “Cənub qaz dəhlizinin” Avropa seqmenti vasitəsilə “Transadriatik Boru Kəməri” ilə daşınan qazın əhəmiyyətli həcmdə satışı ilə Azərbaycan, azərbaycan qazının ixracında növbəti mühüm addım atır.

İtaliya vasitəsilə Avstriya və Almaniyaya qaz tədarükü Avropada Azərbaycan qazının coğrafiyasını daha da genişləndirir və alıcı ölkələrin sayını 16-ya gədər yüksəldir.

TransAdriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin dekabrın 31-də başlayıb. Boru kəmərinin ilkin ötürmə gücü ildə 10 milyard kubmetr idi, lakin bu rəqəm ildə 20 milyard kubmetrə qədər artırıla bilər. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası 2027-ci il üçün Avropaya qaz tədarükünün ikiqat artırılması barədə razılığa gəliblər. Bu günə qədər TAP Avropaya 54,3 milyard kubmetr qaz tədarük edib. 2025-ci ildə Azərbaycan 51,5 milyard kubmetr təbii qaz istehsal edib. Bu dövrdə qaz ixracı ümumilikdə 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyardı TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya çatdırılıb.

Oxşar