Azərbaycanın energetika naziri - “SOCAR"ın Gürcüstana investisiyalarının həcmi 2.1 milyard ABŞ dollarına çatır
Azərbaycanın energetika naziri - “SOCAR"ın Gürcüstana investisiyalarının həcmi 2.1 milyard ABŞ dollarına çatır

“SOCAR”ın Gürcüstana investisiyalarının həcmi 2.1 milyard ABŞ dollarına çatır, – bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun dediyinə görə, bu gün Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə strateji enerji tərəfdaşlığının prioritetləri və yeni qarşılıqlı faydalı layihələrin hazırlanması müzakirə olunub.

“”SOCAR”ın Gürcüstana investisiyalarının həcmi 2.1 milyard ABŞ dolları təşkil edib. Cari ilin ilk doqquz ayı ərzində ölkə 1.5 milyard kubmetr təbii qaz alıb, elektrik enerjisinin ixracı isə 372 milyon kvt/saat təşkil edib”, – Azərbaycanın energetika naziri bildirib.