Azərbaycanın DTX-si bildirir ki, "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun planlaşdırdığı terror təxribatları, o cümlədən Bakı-Ceyhan boru kəmərinə hücumun qarşısı alınıb
Azərbaycanın DTX-si bildirir ki, "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun planlaşdırdığı terror təxribatları, o cümlədən Bakı-Ceyhan boru kəmərinə hücumun qarşısı alınıb

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, “İran İslam İnqilabı Keşikçiləri Korpusu” tərəfindən planlaşdırılan terror təxribatları və ölkə ərazisində kəşfiyyat məlumatının toplanması prosesinin qarşısı alınıb.

Azərbaycan mediasının yazdığına görə, planlaşdırılan hücumların hədəfləri arasında Bakı-Ceyhan strateji boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudilərinin dini icmasının liderlərindən biri və “Aşkenaz” sinaqoqu olub.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, ölkəyə üç partlayıcı qurğu gətirilib, lakin təhlükəsizlik xidməti onları zərərsizləşdirib və digər şəxslərə ötürülməsinin qarşısını alıb.