Azərbaycanda son 24 saat ərzində koronavirusa 314 yeni yoluxma halı qeydə alınıb

22:07, 07.06.2020

 

 Azərbaycanda son 24 saat ərzində koronavirusa 314 yeni yoluxma halı qeydə alınıb.Bu barədə məlumatı yerli mətbuat Azərbaycanın Səhiyyə Nazirliyinə istinadən yayır.

 Yenilənmiş məlumatlara əsasən,ölkədə koronavirusa 7 533 yoluxma halı qeydə alınıb.Son 24 saat ərzində Covid 19 nəticəsində Azərbaycanda 4 pasiyent dünyasını dəyişib.Ölkədə  ölüm hallarının ümumi sayı 88 -ə çatıb.

Azərbaycanda Covid 19-dan  cəmi 4024 nəfər sağalıb.Ölkədə koronavirus ilə əlaqədar 300 000 –dən artıq test həyata keçirilib.

 

Hazırladı-Sevinc Mustafayeva

Oxşar