Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə prezident seçkilərinin tarixi oktyabr ayından aprelə keçirildi.
Bu qərara necə Azərbaycanda, eləcədə ölkədən kənarda müxtəlif dəyərləndirmələr verildi. İqtidar dəstəsinin opponentləri, dəstə daxilində mövcud olan qarşıdurmadan söz edir, hansı ki, iqtidar partiyasının liderindən ciddi tədbir görülməsini tələb edirdi.
İqtidarın özü isə, bu qərarı onunla açıqlayır ki, parlament və prezident seçkilərinin tarixlərinin təsadüf edilməsi planlaşdırılırdı.
Prezidentlik üçün səkkiz namizəd mübarizə aparır, ancaq bütün göstəricilərə görə, İlham Əliyevin ciddi opponenti yoxdur.
Proqnozlara görə, onun sözsüz qalibiyyəti gözlənilir.
Xatırladaq ki, 2013-cü ilin prezident seçkilərində, 72%-lik fəallıq şərtlərində, İlham Əliyev səslərin 84.5%-ni yığmışdı. Fərqli gözləntilər bu seçkilərdə də görünmür.
Qeyd olunmalıdır ki, qalib olduğu halda, İlham Əliyev artıq 7 il müddəti ilə 4-cü dəfə Azərbaycanın prezidenti olacaq.
Hələ 2009-cu ildə, konstitusiyaya əlavə edilən dəyişikliklərə əsasən, prezidentlik müddətinin məhdudlaşdırılması aradan qaldırıldı və prezidentə məhdudiyyətsiz sayda namizədliyini təqdim etmək imkanı verildi. 2016-cı ildə əlavə edilən dəyişikliklərə əsasən isə, prezidentlik müddəti 5-dən 7-yə qədər artdı.
Beləki, bugün prezident yeddi il müddəti ilə seçiləcək. Bununla yanaşı, konstitusiyada vitse-prezident vəzifəsi yaradıldı və onu prezidentin həyat yoldaşı Mehriban Əliyeva tutdu.
Ehtimal edilən növbəti islahatlar nəticəsində isə, nazirlər kabinetinin vitse-prezidentlərlə əvəz edilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın müxalifət partiyaları prezident seçkilərini boykot edirlər.