Azərbaycanda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul keçirilib
Azərbaycanda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul keçirilib

Azərbaycan Respublikasında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul keçirilib.

Qəbulda Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze, Azərbaycan Respublikası parlamentinin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gürcüstanın mədəniyyət nazirinin müavini Qiorqi Mirtsxulava, Gürcüstan parlamentinin üzvləri İrakli Kadaqişvili və İrakli Lominadze iştirak ediblər.

Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze və Azərbaycan Respublikası parlamentinin sədri Sahibə Qafarova ictimaiyyətə müraciət ediblər.

Qəbulda Gürcüstan və Azərbaycanın himnləri səsləndirilib, Gürcü milli geyimi və zinət əşyalarının çoxəsrlik ənənəsini nümayiş etdirmək məqsədilə Gürcüstanın müxtəlif bölgələrinə aid milli geyimlər və zinət əşyaları sərgiləndi. Axşamın musiqi tərtibatını orkestr və bendin müşayiəti ilə Nika Nikvaşvili, həmçinin “Şvidkatsa” ansamblı və simli kvartet həyata keçirdilər.

Tədbir Gürcüstan Mədəniyyət Nazirliyi, Gürcüstan Xarici İşlər Nazirliyi, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil olunub və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

24 may tarixində, Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində təntənəli konsert keçiriləcək. Konsertdə Gürcüstan Opera və Balet Dövlət Teatrının orkestri Azərbaycan orkestri ilə birgə, Nika Nikvaşvilinin rəhbərliyi ilə çıxış edəcək, həmçinin, tədbirdə müğənnilər Liza Baqrationi, Manana Todadze, Konstantine Ğipiani, Oto Bazerashvili və “Şvidkatsa” ansamblı iştirak edəcək.

Mayın 26-da Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Gürcüstan bayrağının rənglərində işıqlandırılacaq.