Azərbaycan Xarici İşlər Nazirliyi - İsrailin İrana qarşı hərbi əməliyyatından narahatıq, tərəfləri münaqişələri diplomatik vasitə ilə həll etməyə çağırırıq
Azərbaycan Xarici İşlər Nazirliyi - İsrailin İrana qarşı hərbi əməliyyatından narahatıq, tərəfləri münaqişələri diplomatik vasitə ilə həll etməyə çağırırıq

İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatdan narahatıq, tərəfləri münaqişələri diplomatik vasitə ilə həll etməyə çağırırıq”, – bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanata görə, Yaxın Şərqdə növbəti eskalasiyanın qarşısını almaq üçün diplomatik kanallarla əlaqələrin davam etdirilməsi vacibdir.

“İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatdan dərin narahatlıq duyuruq. Vəziyyətin eskalasiyasını qətiyyətlə pisləyərək, tərəfləri beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq, münaqişələri dialoq və diplomatik vasitələrlə həll etməyə çağırırıq. Xüsusilə, dinc əhali və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin növbəti eskalasiyasının qarşısını almaq üçün uyğun beynəlxalq mexanizmlər çərçivəsində diplomatik kanallarla əlaqələrin davam etdirilməsi vacibdir,” – Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.