Azərbaycan Rusiyadan silahlanmanın yeni partiyasını qəbul etdi

18:58, 19.01.2018

Azərbaycan Rusiyadan silahlanmanın yeni partiyasını qəbul etdi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Azərbaycanla Rusiya arasında hökumətlərarası razılaşmaya əsasən RF istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir”, – məlumatda deyilir.

Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

 

Oxşar